- Köhnə - Cəmiyyət
- 12 Sentyabr 2013 09:41
- 4 952
"Əli İnsanovun məsələsi iki günə həll olunacaq” – EKSKLÜZİV

Bunu AzNews.az-a Əli İnsanovun vəkili Toğrul Babayev bildirib.
T.Babayevin sözlərinə görə, ötən bu müddət ərzində Ali Məhkəmə sözügedən qərarın icrası istiqamətində heç bir fəaliyyət göstərmədiyindən sədr Ramiz Rzayev məhkəməyə verilib. Ərizə 5 saylı İnzibati İqtisad Məhkəməsinə təqdim edilib: "İndiyə qədər Avropa Məhkəməsinin bütün qərarları icra olunub. Bu qərarların icrası üçün ölkə öhdəlik götürüb və hesabat verir. Qərarların icrasına ciddi nəzarət edilir. Buna görə də biz qarşıdakı 2 günü gözləyirik".
Ə.İnsanovun seçkiyə qədər azad edilib-edilməcəyinə gəlincə, vəkil konkret zamanla bağlı proqnoz vermək istəməyib.
Elnarə
AzNews.az