Azərbaycandakı seçkilərlə bağlı qərar qəbul edildi

Avropa Parlamentinin Prezidentlər Konfransının bu gün iclası keçirilib.


Avronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanovun verdiyi APA-ya verdiyi məlumata görə, iclasda Azərbaycanda keçiriləcək prezident seçkilərinə 7 nəfərdən ibarət müşahidə missiyasının göndərilməsi barədə qərar qəbul edilib.

E. Süleymanov xatırladıb ki, Prezidentlər Konfransının 5 sentyabr tarixli iclasında Azərbaycan 5-ci ölkə olaraq 2013-cü ilin ikinci yarısında Avropa Parlamentinin seçkiləri müşahidə missiyalarının göndəriləcəyi prioritet ölkələr siyahısına salınıb.

AzNews.az