Misir Mərdanov problemlərdən danışdı


AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun təsisçiliyi ilə nəşr olunan elmi jurnalların beynəlxalq tələblərə uyğunlaşdırılması məqsədilə iclas keçirilib.

AMEA-nın fizika-riyaziyyat və texnika elmləri bölməsinin akademik-katibi Akif Hacıyev, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanovun rəhbərliyi ilə keçirilən iclasda institutun Elmi Şurasının üzvləri və bir qrup əməkdaşları iştirak ediblər.

İclasda Riyaziyyat və Mexanika İnstitutunda nəşr olunan elmi jurnalların beynəlxalq tələblərə uyğunlaşdırılması, alimlərin dünyanın tanınmış beynəlxalq elmi bazalarında təmsil olunması, Azərbaycan elminin dünya elminə inteqrasiyası prosesinin sürətləndirilməsi məsələsi müzakirə edilib.

Misir Mərdanov institut əməkdaşlarına mövzu ilə bağlı tapşırıqlarını verib, problemlərin həlli istiqamətində müzakirələr aparılıb.

Elnarə
AzNews.az