N!DA bəyanat yaydı

N!DA Vətəndaş Hərəkatı həbsdə olan 7 üzvünə qarşı yeni ittihamın irəli sürülməsi ilə bağlı bəyanat yayıb.

AzNews.az-a daxil olan bəyanatda bildirilir ki, Hərəkat üzvlərinə qarşı irəli sürülən yeni ittiham tamamilə əsassızdır və heç bir hüquqi arqumentə söykənmir: "Üzvlərimizə verilən ittiham birbaşa olaraq N!DA Vətəndaş Hərəkatının seçki öncəsi fəallığı ilə bağlıdır. Hakimiyyət bu vasitə ilə seçkiöncəsi proseslərdə kifayət qədər aktiv iştirak edən N!DA-nı cəzalandırdığını düşünür"

Qeyd edək ki, dünən(12 sentyabr) N!DA VH-nin həbsdə olan üzvlərinə qarşı Cinayət Məcəlləsinin 220.1-ci maddəsi (kütləvi iğtişaş törətmək) ilə yeni ittiham irəli sürülüb.

Xatırladaq ki, hazırda N!DA VH-nin 7 üzvü həbsdədir.

AzNews.az