- Köhnə - Cəmiyyət
- 13 Sentyabr 2013 15:25
- 1 983
Püşkatma komissiyası yaradıldı
MSK sədri Məzahir Pənahovun sədrliyi ilə keçirilən iclasda Komissiya sədrinin müavini Natiq Məmmədov qeyd edib ki, hər bir namizədə həftədə 3 saat İctimai Televiziyada, 3 saat isə İctimai Radioda ödənişsiz əsaslarla vaxtın ayrılması nəzərdə tutulur.
N.Məmmədov bildirib ki, televizyada pulsuz efir vaxtının qeydə alınmış namizədlər tərəfindən həftənin cüt günləri, radioda isə həftənin tək günləri istifadə edilməsi nəzərdə tutulur.
Qeyd edək ki, püşkatma sentyabrın 16-da MSK-da keçiriləcək.
AzNews.az