Azad Rəhimov gənclərin seçki hazırlığından danışdı

Azərbaycan hökuməti gənclərin seçki məntəqələrinə cəlb olunması istiqamətində işlər aparır.

Bunu jurnalistlərə açıqlamasında gənclər və idman naziri Azad Rəhimov bildirib.

Nazirin sözlərinə görə, Azərbaycanda keçiriləcək prezident seçkilərində ilk dəfə səs verəcək gənclərin məntəqələrə cəlb olunması məqsədilə tədbirlər həyata keçirilir:

"Azərbaycanda 600 min gənc ilk dəfə olaraq oktyabrn 9-da keçiriləcək prezident seçkilərində iştirak edəcəklər. Bizim əsas vəzifəmiz odur ki, gəncləri səsvermə məntəqələrinə gəlməsinə nail olaq. Bununla bağlı Bakıda və bölgələrdə müxtəlif tədbirlər həyata keçirilib. Bu yaxınlarda əlavə olaraq, televiziyada sosial video çarxlar nümayiş etdiriləcək, radioda isə qeyd olunan mövzuda reklamlar səsləndiriləcək".(trend)

AzNews.az