ATƏT təmsilçiləri VHP rəsmisi ilə görüşdü

Bu gun ATƏT-in Azərbaycanda Seçkileri Uzun Muddətli Müşahidə Missiyasının üzvləri cənab Gottfrid Bramer ve xanim Olqa Budko Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Sumqayıt şəhər Təşkilatının sədri Elmar Sadıqlı ilə görüşüb.

Görüşdə seçki öncəsi ictimai-siyasi vəziyyət, seckilərə hazırlıq və siyasi partiyaların yerli təşkilatlarındaki durum müzakirə edilib.

ATƏT nümayəndələri bu göruşü yüksək qiymətləndirib. Söhbət zamanı İctimai Palanın Sumqayıt regional təşkilatının gördüyü işlər, həyata keçirilən tədbirlər barədə məlumat verilib.

Sumqayıtda siyasi partiyalarin qərargahsızlıq problemi, müxalifətə edilən təzyiqlər də müzakirə mövzusu olub.

VHP təmsilçisi missiya nümayəndələrinə də öz iradlarını bildirərək qeyd edib ki, müşahidə missiyasının qərarı həmişə gecikir. "Seçki başa çatır, andiçmə mərasimi keçirilir, yeni prezident fəaliyyətə başlayır, yalnız bundan sonra missiyanın seçkilərlə bağlı rəyi dərc olunur. Belə gecikmə isə proseslərə mənfi təsir göstərir".

E.Sadıqlı gələn müşahidəçilərin Bakı və ya Sumqayıtda 1 məntəqəni sona kimi izləməsinin, həmin məntəqədəki vəziyyətdən çıxış edərək seçkilərə münasibət bildirməsinin daha düzgün nəticə çıxarmağa imkan verə biləcəyini vurğulayıb.

O, məntəqələri 1-2 dəqiqə gəzməklə seçkilərə obyektiv qiymət vermənin mümkünsüzlüyünü də dilə gətirib.


AzNews.az