Mövqelərimiz atəşə tutuldu

AzNews.az Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, erməni silahlı bölmələri dünən və bu gecə Tərtər rayonunun Göyarx, Goranboy rayonunun Tapqaraqoyunlu, Ağdam rayonunun Mərzili, Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutub. Düşmən cavab atəşi ilə susdurulub.

AzNews.az