Bu günə olan hava proqnozu

Yaxın bir neçə gün ərzində Azərbaycanda hava şəraitinin nisbətən sabit keçəcəyi və temperaturun norma daxilində olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, sentyabrın 18-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 17-21, gündüz 25-30 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin axşam və gecə bəzi yerlərdə lokal qısamüddətli yağış yağacağı ehtimalı var. Aran rayonlarında havanın temperaturunun gecə 19-24, gündüz 27-32 dərəcə isti olacağı gözlənilir.

AzNews.az