Elnarə Tofiqızı ilə bağlı ekspertiza rəyi bu gün açıqlanacaq

Sentyabrın 20-də əməliyyat olunmaq üçün getdiyi özəl klinikada dünyasını dəyişən Bakı Slavyan Universitetinin "Yaradıcılıq" fakültəsinin dekanı, tanınmış jurnalist Anar Mahmudoğlunun həyat yoldaşı Elnarə Tofiqqızı həkim səhlənkarlığı ucbatından vəfat edib. İlkin məlumatlara görə, Elnarə Tofiqqızının ölüm səbəbi ilə bağlı ekspertiza rəyi bu gün açıqlanacaq.

Qeyd edək ki,Elnarə Tofiqqızı bu gün Bakıda dəfn ediləcək. Dəfn mərasimi saat 12.00-da Montində yerləşən Tərcümə Mərkəzinin yaxınlığından başlayacaq.

AzNews.az