Rəsul Quliyev səs yazısı barədə danışdı

Açıq Cəmiyyət Partiyasının (ACP) lideri Rəsul Quliyev rəhbəri olduğu partiyanın sədri Sülhəddin Əkbərlə yayılan telefon danışığına aydınlıq gətirib.

Modern.az saytına açıqlama verən Rəsul Quliyev sözügedən səs yazısının montaj olduğunu bildirib:

"22 sentyabr mitinqin başlanmasına demək olarki 1 saat qalmış bir çox insanlarla əlaqə saxlayıb prosesin necə getməsi ilə maraqlanmışam. Bu çox təbii bir haldır. Çünki indiki hakimiyyətin qismən olsa belə azad seçki keçirməyinin açarı mitinqçilərin sayının çox olmasıdır. Bu telefon danışıqlarından müəyyən bir audio montaj etmək heç bir problemli məsələ deyil. O audio yazıda mənim guya bəzi adamlara təhqiri sözlər deməyim ağ yalandır. Birincisi, montaj profesional tərəfindən edilib. Bu audio yazı kimi insanlara qarşı istənilən cinayətidə quraşdırmalarını sübut edir"-deyə Rəsul Quliyev açıqlama verib

Qeyd edək ki, bu gün Rəsul Quliyevlə ACP sədri Sülhəddin Əkbərin telefon danışığının audiosu yayılıb. Sözügedən səs yazısında Rəsul Quliyev Sülhəddin Əkbərə telefon açaraq Milli Şuranın mitinqi ilə bağlı müxalifət liderlərinin ünvanına aşağılayıcı ifadələr işlədib.

AzNews.az