İcra başçısı Ramil Usubovun adamını “vurdu” - ÖZƏL

Yasamal rayon 28-ci Polis Bölməsinin rəisi Hüseyn İmanov rayonun icra başçısı İbrahim Mehtiyevin tələbi ilə cəzalandırılıb.

AzNews.az-ın əldə etdiyi məlumata görə, bölmə rəisinin cəzalandırılmasına İbrahim Mehtiyevin 4 gün əvvəl etdiyi müraciət səbəb olub.

Belə ki, uzun müddətdir bölmə rəisi ilə rayon icra başçısı arasında soyuq müharibə yaşanır.
Onu da bildirək ki, H.İmanov əvvəllər daxili işlər naziri Ramil Usubovun mühafizəçisi olub. Onun icra başçısı ilə konfliktinin kökündə də məhz bu məqamın dayandığı bildirilir. Mənbə deyir ki, H.İmanov DİN başçısına güvənərək, rayonda səlahiyyətlərini aşan davranışlara yol verib.

İcra başçısı isə bu hərəkətləri həzm etmədiyi üçün onun barəsində müvafiq orqanlara şikayət edib.

İcra Hakimiyyətindəki mənbə bildirir ki, adı çəkilən məmurlar arasında gərginlik prezident seçkiləri ilə bağlı keçirilən iclasda yaranan mübahisə ilə ən son həddə çatıb.


Bu isə icra başçısı üçün bölmə rəisinə qarşı tutarlı kompromat olub.

Məsələ ilə bağlı Prezident Aparatı və DİN-ə müraciət edən İbrahim Mehdiyev bölmə rəisini zərərsizləşdirib.

AzNews.az xəbəri dəqiqləşdirmək üçün 28-сi polis bölməsi ilə saxlayıb. Bölmədən rəis H.İmanovun işdə olmadığını təsdiqləyiblər. Növbətçi hissədən bildiriblər ki, bölmə rəisi 4 gündür rəsmi məzuniyyətdədir.

Ruhiyyə
AzNews.az