Ələkrəm Hümmətov Dağlıq Qarabağda- Foto

"Talış xalqı öz milli dövlətinin yaranmasını arzulayır və Talış Milli Hərəkatı bu istiqamətdə fəaliyyət göstərir".

Modern.az xəbər verir ki, bu bəyənatı Vətənə xəyanət maddəsi ilə cəzasını çəkmiş və Azərbaycandan deportasiya olunmuş separatçı Ələkrəm Hümmətov Dağlıq Qarabağa səfəri zamanı deyib.

Xankəndində separatçı "Dağlıq Qarabağ Respublikası"nın qondarma "parlament sədri" Aşot Qulyanla görüşən Ə.Hümmətov "iki xalqın dost münasibətlərə malik olduğunu və son illərdə bu dostluğun unudulduğunu" bildirib. Görüş zamanı Ə.Hümmətov rəhbərlik etdiyi təşkilatın Dağlıq Qarabağla əməkdaşlığını genişləndirmək istədiyini bildirib.

Özünü separatçı "Talış-Muğan Respublikası"nın "prezidenti" elan etmiş Ələkrəm Hümmətov ötən gün Ermənistanda Yerevan Dövlət Universitetinin İranşünaslıq Kafedrasında talışşünaslıq üzrə magistr proqramının açılışında iştirak edib. O, azərbaycancanla bağlı suala cavab verməkdən imtina edib.

Ələkrəm Hümmətov Azərbaycan vətəndaşlığından çıxarılıb və hazırda Hollandiyada yaşayır.

AzNews.az