Hüseyn Bağırov turizm obyektlərini nəzarətə götürdü- Xəbərdarlıq

Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Nabran istirahət mərkəzində yerləşən turizm obyektləri sahiblərinə xəbərdarlıq edib.


AzNews.az xəbər verir ki, nazir Xaçmazda vətəndaşların qəbulu zamanı iş adamlarına tullatı maddələrin və çirkab suların birbaşa Xəzər dənizinə axıdılmasını qadağan edib.

Xatırladaq ki, Xaçmazda keçirilən qəbulda Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonundan olan 60-a yaxın vətəndaş iştirak edib. Nazirliyin idarə və departamentlərinin, həmçinin tabeli qurumlarının rəhbərlərinin iştirak etdiyi görüşdə müraciətlərə baxılıb. Qəbulda ətraf mühitin və ekoloji tarazlığın mühafizəsi, meşələrin qorunması, hidrometeorologiya, geologiya, biomüxtəliflik, ətraf mühitin monitorinqi və digər məsələlərlə bağlı şikayət və təkliflər dinlənilib. Şikayət xarakterli müraciətlər qeydə alınaraq hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun tədbirlərin görülməsi, eyni zamanda aidiyyəti qurumlara çatdırılması üçün nazirliyin müvafiq strukturlarının rəhbərlərinə konkret tapşırıqlar verilib. Vətəndaşları narahat edən bəzi məsələlər isə yerindəcə həllini tapıb.

Ruhiyyə
AzNews.az