- Köhnə - Cəmiyyət
- 3 Oktyabr 2013 15:50
- 1 949
Nazirlikdən Elnarə Tofiqqızının ölümü ilə bağlı- AÇIQLAMA
Səhiyyə Nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Qədirli APA-ya açıqlamasında bildirib ki, müraciət bu gün nazirliyə daxil olub.
Onun sözlərinə görə, həmin məktuba əsasən baş mütəxəssislərin cəlb olunması ilə ölümün səbəbləri araşdırılacaq: "Araşdırmalar nəticəsində klinikanın bu əməliyyatı həyata keçirməyə ixtiyarının olub-olmaması, həkimin səhvinin nə dərəcədə olması və bu kimi digər məsələlər müəyyənləşəcək. Araşdırmanın nəticəsində sonra isə məsələ ilə əlaqədar müvafiq tədbirlər görüləcək".
AzNews.az