“Şərq Tərəfdaşlığı” ölkələri nazirlərinin I görüşü olacaq

Oktyabrın 7-8-də Lüksemburqda "Şərq Tərəfdaşlığı" ölkələrinin ədliyyə və daxili işlər nazirlərinin I görüşü keçiriləcək.

APA-nın Avropa Birliyinin (AB) mətbuat xidmətinə istinadən xəbərinə görə, iclas AB-yə sədrlik edən Litva və Avropa Komissiyası tərəfindən birgə təşkil olunur.

Azərbaycan, Gürcüstan, Ermənistan, Belarus, Ukrayna və Moldovanın müvafiq nazirliklərinin nümayəndələri AB təmsilçiləri ilə ədliyyə, daxili işlər, miqrasiya, korrupsiya ilə mübarizə, mütəşəkkil və transmilli cinayətkarlıqla mübarizə sahəsində islahatlar və əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edəcəklər. Toplantının ilk günündə Avropa Şurasının baş katibi də iştirak edəcək.

AzNews.az