Gəncədə təbii qazın həcmi artırıldı

Son bir neçə gündə havanın hərarətinin aşağı düşməsi şəhərdə təbii qaza olan tələbatı artırıb. Gəncə Qaz İstismar Sahəsinin baş mühəndisi Şubay Nəsibovun APA-nın qərb bürosuna verilən məlumata görə, yay aylarında Gəncədə sutkalıq qaz sərfiyyatı 225 min kubmetr idisə, hazırda bu göstərici 367 min kubmetrə kimi artırılıb. Baş mühəndis bildirib ki, şəhərin qaz təsərrüfatı qaz mövsümünə hazırdır və xətlərdə olan bütün nasazlıqlar aradan qaldırılıb.

Qeyd edək ki, Gəncədə 72 minə yaxın mavi yanacaqdan istifadə edən abonent var.

AzNews.az