AŞPA-nın Böyük Britaniyadan olan üzvü seçkilərdən danışdı

"Azərbaycanda keçirilən prezident seçkilərinə start veriləndən bu vaxta qədər tamamilə heç bir hüquq pozuntusu müşahidə etməmişəm. Proses həqiqətən asan və rahat keçir".


Bunu APA-ya seçkilərdə müşahidəçi qismində çıxış edən Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Böyük Britaniyadan olan üzvü Mayk Hankok deyib.

O, xüsusi olaraq Azərbaycan qadınlarının seçkilərdəki fəallığına diqqət çəkib: "Onlara böyük ehtiramımı çatdırmaq istərdim, çünki seçkilərin keçirilməsində olduqca keyfiyyətli təşkilatçılıq edirdilər. Ən azı 10 seçki məntəqəsində olmuşam. İnsanların şikayət edə biləcəyi ən xırda nöqsan belə yox idi. Digər mühüm cəhət isə insanların çoxlu sayda seçkilərə gəlməsidir. Onların üzündə sevinc hissi var idi, heç kim əsəbi, stressli deyildi. Ümumilikdə deyə bilərəm ki, bu gün çox uğurlu keçir və inanıram ki, belə də davam edəcək".

AzNews.az