“Bu gün Azərbaycan üçün önəmli gündür“- MDB PA-nın müşahidə missiyası

Azərbaycanda prezident seçkiləri üzrə MDB Parlamentlərarası Assambleyasının (PA) müşahidə missiyası seçkilərə yaxşı hazırlığı qeyd edir. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Bakıda jurnalistlərə MDB PA Şurasının baş katibi Aleksey Sergeyev deyib:

"Biz Azərbaycanda 5491 seçki məntəqəsindən birinin açılışında iştirak etmişik. MDB PA-dan olan beynəlxalq müşahidəçilər qrupunun üzvləri bizimlə paralel olaraq ölkə üzrə onlarla seçki məntəqəsində işə başlayıblar. Qeyd edim ki, MDB PA-nın ekspertləri avqustun 1-dən seçkilərə hazırlığı izləyiblər. Onlar seçkilərə hazırlıq üzrə uzunmüddətli müşahidə ilə məşğul olublar.

Beynəlxalq müşahidəçilər qrupunun ilkin işi ondan xəbər verir ki, prezident seçkilərinə hazırlıq seçki qanunvericiliyinin formalaşdırılması və komissiyaların işi, dairə komissiyalarının üzvlərinin təlimi baxımından yaxşı təşkil edilib".

Onun sözlərinə görə, namizədlərin seçkiqabağı kampaniyası olduqca fəal keçib: "Bu gün Azərbaycan Respublikası üçün ən önəmli gündür, ölkə dövlət başçısını seçir".


AzNews.az