Jurnalist İlhamiyyə Rzaya basqın

Tanınmış telejurnalist, prezidentliyə namizəd İqbal Ağazadənin vəkili İlhamiyyə Rzaya basqın olub.

Bu barədə jurnalist özü sosial şəbəkədə məlumat və şəkil paylaşıb. Onun yazdığından belə məlum olur ki, yazıya əlavə etdiyimiz şəkildəki qara gödəkcəli gənc zorla onun telefonun əlindən almaq istəyib. 19 saylı dairədə baş verən hadisə zamanı jurnalist telefonla çəkiliş aparırmış.

Qəfildən basqına uğrasa da, müqavimət göstərə bilib. Basqınçının kimliyi ilə də maraqlanıb. Ona deyiblər ki, müşahidəçidir. İ. Rza basqınçının özündən haradan gəldiyini, kimi təmsil etdiyini soruşub. Onun bütün suallarına susan basqınçı sonda "əcəb edirəm" deyə replika verib.

Jurnalist qeyd edib ki, əgər o adam "əcəb edirəm" deməsəydi, onun lal olduğunu sanacaqdı. "Şarikov misalı birisiydi" deyə jurnalist qeydini bitirir.

AzNews.az