Lənkəranda seçicilərin 73 faizi səs verdi


Lənkərandakı 4 Seçki Dairəsi üzrə səs verənlərin 70 faizə yaxını artıq bu hüququndan istifadə edib.

AzNews.az xəbər verir ki, bu gün 75 saylı Lənkəran şəhər Dairə Seçki Komissiyasına daxil olan seçki məntəqələrində 27883 nəfər səs verib.
Səsverənlər dairə üzrə səsvermə hüquqlu vətəndaşların 73.48% faizini təşkil edib.

74 saylı Lənkəran kənd Seçki Dairəsinə aid məntəqələrdə isə 24551 nəfər səs verib. Bu da səsvermə hüquqlu vətəndaşların 72.65% faizi deməkdir.

76 saylı Lənkəran-Astara Seçki Dairəsində də seçici fəallığı 72.68% faiz təşkil edib. Belə ki, məntəqələrə gələrək səs verən seçicilərin sayı 25685 nəfər olub.

77 saylı Lənkəran-Masallı Seçki Dairəsi üzrə seçki məntəqələrində isə 26843 seçici səs verib. Səs verənlər seçki hüququ olan vətəndaşların 71.76% faizini təşkil edib.

Ruhiyyə
AzNews.az