Beynəlxalq müşahidəçi seçkidən danışdı

"Müşahidələrimiz əsasında bu gün Azərbaycanda keçirilən seçkilər haqda onu deyə bilərəm ki, təəssüratlarımız çox yaxşıdır. Biz 10 ildən artıq bu işlə məşğuluq və bilirik ki, bu, olduqca çətin prosesdir. Sizdə elə problemlər həll olunub ki, başqa ölkələrdə bunlar həllini tapmayıb. Məsələn, təkrar səsvermənin qarşısını almaq üçün xüsusi məhluldan istifadə olunur. Bundan başqa, yerlərdə müşahidəçilərin olduğunu gördük". APA-nın məlumatına görə, bunu "Ədaləti seçkilər naminə" beynəlxalq missiyanın üzvü, vəkil Sergey Mirzoyev deyib.

S. Mirzoyev nəzərə çarpan irəliləyişləri qeyd edərkən mətbuatın iştirakını da vurğulayıb: "Müxtəlif yerlərdən mətbuat nümayəndələri də prosesi müşahidə edirdilər. Çox maraqlı idi, məsələn, mən "Daily Telegraph"ın jurnalist əməkdaşlarını gördüm. Seçki komissiyasının üzvləri hamısı məşğul idilər, işləyirdilər. Öz işlərini dəqiq bilirdilər, bunlar özlüyündə texniki işlər olsa da, əslində uğurun təminatıdır".

S. Mirzoyev deyib ki, seçkinin sona qədər normal keçəcəyinə və nəticələri rahat müəyyənləşdirməyin mümkün olacağına inanır.

AzNews.az