Röya səs verəndən sonra fanatları ilə görüşə getdi

Bu gün müğənni Röya Ayxan 18 saylı Nərimanov-Nizami seçki dairəsinin 5 saylı seçki məntəqəsində səs verdikdən 1 saat sonra fanatları ilə görüşüb. Lent. az-ın məlumatına görə, paytaxt otellərinin birində təşkil olunan görüşdə pərəstişkarları Röyaya sürpriz ediblər. Belə ki, bir çox fanatı ona hədiyyə verib. Sonra müğənni "Gəmicilər" mahnısını onlarla birgə ifa edib. İfasını bitirdikdən sonra pərəstişkarlarının suallarını cavablandırıb. Suallardan sonra ifaçı onlardan məsləhət istəyib: "Uşaqlar, deyin görüm, növbəti geyimim necə olsun?"
Müxtəlif rəylər söyləyən fanatlar sonda Röya ilə xatirə şəkilləri çəkdiriblər. Görüş təxminən, 2-3 saat davam edib.

AzNews.az