TürkPA müşahidəçi missiyası seçkilərdən danışdı

"Azərbaycanda prezident seçkiləri ümumilikdə beynəlxalq standartlara uyğun şəkildə keçirilib".


Bu barədə TürkPA müşahidəçi missiyasının seçkinin yekunlarına həsr olunmuş mətbuat konfransında missiyanın rəhbəri, Türkiyə Böyük Millət Məclisinin üzvü Haluk İpək bildirib.

Onun sözlərinə görə, TürkPA nümayəndə heyəti Bakının bir sıra rayonlarında seçkini izləyib: "Seçki günü hansısa təzyiq problemləri qeydə alınmayıb".

TürkPA missiyasının rəhbəri onu da vurğulayıb ki, seçki günü dinc və sabit şəraitdə keçib: "Bəzi texniki çatışmazlıqlar istisna hallar kimi xarakterizə olunsa da, bu, ümumi seçki nəticələrinə təsir göstərəcək səviyyədə deyil. Veb-kameraların istifadəsi səsvermədə şəffaflığın təmin olunmasına öz töhfəsini verib".

Mətbuat konfransında çıxış edən TürkPA baş katibi Jandos Asanov TürkPA müşahidəçilərinə seçkiləri izləmək üçün yaratdıqları şəraitə görə Azərbaycanın dövlət strukturlarına təşəkkür edib.


AzNews.az