İqbal Ağazadə istefalardan danışdı

İqbal Ağazadə sədri olduğu Ümid Partiyasından iki funksionerin Aynur İmranova ilə Ruslan İzzətlinin istefasına münasibət bildirib.

Partiya sədri "Qafqazinfo"ya açıqlamasında deyib ki, hər bir kəsin partiyaya gəlmək və getmək hüququ var. Bunu normal qarşılamaq lazımdır.

İqbal Ağazadə eyni zamanda bildirib ki, onların hər ikisi sıravi üzvlər olub : "Hər kəs bilirdi ki, qurultaydan sonra bizdə heç bir müavin təyinatı olmayıb. Sıravi, amma dəyərli üzvlər idilər. Baş verənləri biz təxminən müzakirə etmişdik və gözlənilən idi. Dostlarımız hər zaman dostlarımız olaraq qalacaq, onlara uğurlar arzulayıram".

AzNews.az