ATƏT-in baş katibi İlham Əliyevi təbrik etdi

ATƏT-in baş katibi Lamberto Zannier Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.


Məktubda deyilir:

"Zati-aliləri, hörmətli cənab Prezidenti!

Yenidən Azərbaycan prezidenti seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram. Ölkənizdə möhkəm və güclü demokratiya quruculuğu sahəsində gördüyünüz işlərdə Sizə uğurlar arzu edirəm.

Sizi əmin edirəm ki, ATƏT Azərbaycan hökuməti ilə qurulmuş uzunmüddətli və faydalı əməkdaşlığı davam etdirməyə sadiqdir".

AzNews.az