- Köhnə - Cəmiyyət
- 14 Oktyabr 2013 11:14
- 2 206
Növbəti tədris ili üçün hazırlıqlara başlanıldı
İlk seminar ingilis dili fənni üzrə keçirilib. TQDK-nın şöbə müdiri Nərminə Məmmədova bildirib ki, seminarlarda fənlər üzrə test tapşırıqlarının hazırlanması, yeni model testlərin qurulması, açıq və qapalı test tapşırıqları və digər məsələlər ətraflı müzakirə edilir:
"Qəbul proqramlarının təkmilləşdirilməsi bu seminarlarda təsdiq olunur. Özünü pedaqoji ekspertlər kimi təqdim edən bəzi şəxslər dövrü mətbuatda çıxış edir, testlərin çətinliyi, məzmunu ilə bağlı müəyyən fikir söyləyirlər. Lakin qeyd edək ki, hər bir istifadə olunan testin parametri və statistik göstəriciləri var. Seminarlarda da görülən işlər müzakirə olunaraq qəbul imtahanlarında istifadə olunan testlərin vəziyyəti öyrənilir. İmtahanda istifadə olunan hər hansı bir sualda müəyyən problemlər varsa, onların səbəbləri araşdırılır və növbəti imtahanlarda aradan qaldırılır. Əgər müxtəlif fikirlər səsləndirən pedaqoji ekspertlərin əlində qəbul imtahanlarında istifadə olunan test suallarının statistik göstəriciləri yoxdursa, onlar hansı əsasla belə fikirlər səsləndirib yanlış təsəvvürlər yaradırlar?"
Məktəblərdə ingilis dilinin tətbiqi məsələsinə gəlincə N.Məmmədova qeyd edib ki, məktəbdən imtahan verməyə gələn abituriyentlərin bu fənn üzrə hazırlıqları yüksək olmur. Şöbə müdirinin sözlərinə görə, onlara məktəbdə verilən biliklə tələbə hazırlığı üst-üstə düşmür. O vurğulayıb ki, bir sözlə, məktəbdə verilən qiymətlər şagirdin biliyini əks etdirmir.
AzNews.az