Fərhad Əliyev və qardaşı Fəxri Xiyabanda- Fotolar

Azərbaycan prezidentinin ötən gün imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılan sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev və qardaşı Rafiq Əliyev bu gün Fəxri Xiyabanda Heydər Əliyev və Zərifə Əliyevanın məzarını ziyarət ediblər.

Ziyarətdən sonra jurnalistlərə açıqlama verən sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev bildirib ki, həbsdə olanlar azadlığın qədrini daha yaxşı bilirlər: "Çox şükür ki, biz indi azadıq. Mənimlə bərabər 153 nəfər də azad olunub, onları da təbrik edirəm. Mənim üçün bu gün ikiqat bayramdır. Həbsdən azad olunmağıma köməklik göstərən hər kəsə və əfv sərəncamı imzalayan prezident İlham Əliyevə təşəkkürümü bildirirəm".

Fərhad Əliyev əfv olunandan sonra vəzifəyə təyinə oluna biləcəyi ehtimalına da münasibət bildirib. O deyib ki, hakimiyyətdən heç bir vəzifə gözləmir: "Çünki bu, gözləməklə deyil. Amma bundan sonra planlarım var və harada fəaliyyət göstərməyimdən asılı olmayaraq, Azərbaycan xalqına, dövlətinə xidmət edəcəyəm".(apa)

AzNews.az
image description image description