“Ramiz Mehdiyevin dediyi rəqəmlər Morninqstar tərəfindən səsləndirilib”

ABŞ rəsmiləri 2013-cü ilin oktyabrında keçirilən seçkilərdən əvvəl daim Azərbaycan tərəfi ilə görüşlərində Prezident İlham Əliyevin yüksək reytinqinin olması və alternativsizliyini vurğulayıblar. Onlar həmçinin cəmiyyətin bütün təbəqələrinin həyata keçirilən sosial-iqtisadi proqramların reallaşmasında dövlət başçısına dəstəyini qeyd ediblər.

Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov "ABŞ Dövlət Departamentinin mətbuat katibi Cen Psaki keçirdiyi brifinqdə Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin prezidenti seçkiləri ərəfəsində ABŞ rəsmi nümayəndələrinin onlara 74-75% səslə kifayətlənməyi və Milli Şuranın namizədinə 25% səs yazmağı məsləhət gördükləri haqda bəyanatına münasibət bildirib. Bu haqda nə deyə bilərsiniz" sualına cavabında jurnalistlərə deyib.

E.Aslanov ABŞ Dövlət Departamentinin sözçüsünün dediklərinə gəldikdə isə, bildirib ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin qeyd etdiyi rəqəmlər ABŞ tərəfi, ələxsus səfir Riçard Morninqstar tərəfindən Azərbaycanın hökumət üzvləri və PA nümayəndələri ilə müxtəlif görüşlərində səsləndirilib: "Hesab edirik ki, qapalı görüşlərdə bir cür danışıb, mediada tam başqa cür çıxış etmək yolverilməzdir.

O ki, qaldı Dövlət Departamentinə, WikiLeaks timsalında bütün dünya ABŞ Dövlət Departamentinin real addımlarının və onlarının təkzibinin şahidi olmuşdur".

AzNews.az