Milli Şura Elçibəyin məzarını ziyarət etdi- Foto

Demomokratik Qüvvələrin Milli Şurası 18 oktyabr Milli Müstəqillik Günü münasibəti ilə mərhum eks-prezident Əbülfəz Elçibəyin məzarını ziyarət edib.
Şuraya daxil olan partiya liderləri və fəallarının iştirakı ilə təşkil olunan anım törəninə Elçibəy idelarının daşıyıcı olan gənclər də qatılıblar.

Müsavat başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, Milli Bozqurd Partiyasının sədri İsgəndər Həmidov Elçibəyin məzarı başında çıxış ediblər. Lidelər xalqımızı Milli Müstəqillik Günü münasibəti ilə təbrik ediblər. Onlar qeyd ediblər ki, müstəqilliyimizin qazanılmasında Əbülfəz Elçibəyin xidmətləri böyük və əvəzsizdir.


AzNews.az