Nazir Əhməd Əlhəndavi ilə görüşüb - FOTO

Bu gün gənclər və idman naziri Azad Rəhimov BMT Təhlükəsizlik Şurasının beynəlxalq simulasiya oyununu çərçivəsində Bakıda rəsmi səfərdə olan BMT-nin baş katibinin gənclər üzrə xüsusi elçisi Əhməd Əlhəndavini qəbul edib.

Nazirlikdən verilən məlumata görə, Azad Rəhimov qonağa gənclər və idman sahəsində görülən işlər haqda qısaca məlumat verib: "Hazırda bizim üçün ən önəmli addım Azərbaycan adını dünya xəritəsində ön sıralara çəkməkdir. Bu gün ölkəmiz gənclər, eləcə də idman sahəsində beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi edir.

Bu il biz Beynəlxalq İdman Jurnalsitləri Assosiasiyasının tədbirini Azərbaycanda gerçəkləşdirdik. Bununla yanaşı bu gün ölkəmizdə təşkil olunan "Simulasiya oyunu" çərçivəsində BMT Təhlükəsizlik Şurasına üzv olan 15 ölkəni təmsil edən 45 gəncin tədbirə qatılması Azərbaycanın beynəlxalq səviyyəli tədbirlərə yüksək şəkildə ev sahibliyi etməsinə bariz nümunədir".

AzNews.az