Füzuli Ələkbərov: “Suallara şərh verməyin mənası yoxdur”

"Mən bu siyasi kursa sadiq olacağam”



Dünən vəzifəsindən azad olunan əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov açıqlama verib.

Sabiq nazir modern.az-a açıqlamasında prezidentdə sadiq olduğunu deyib:

"Suallara şərh verməyin mənası yoxdur. Qərar qəbul olunub. Prezidentin qərarına çox hörmətlə yanaşıram. Mən cənab prezidentə daim sədaqətli olmuşam, bundan sonra da bu siyasi kursa sadiq olacağam. Başqa heç nə deyə bilmərəm".

Qeyd edək ki, oktyabrın 22-də Prezident İlham Əliyev Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında sərəncam imzalayıb.

AzNews.az