Kəmaləddin Heydərov vətəndaşlarla görüşəcək

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Abşeron rayonunda vətəndaşları qəbul edəcək.


AzNews.az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, qəbul 25 oktyabr 2013-cü il tarixində saat 11:00-da Abşeron rayonunda keçiriləcək. Qəbulda yalnız Sumqayıt şəhərinin, Abşeron və Xızı rayonlarının sakinləri, habelə həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq. Qəbula gələn vətəndaşların qeydiyyatı Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Abşeron rayonu Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında (ünvan: Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə) 24 oktyabr 2013-cü il tarixində saat 09:00-dan başlayacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Əlaqə tel: +994 (12) 512-01-14

AzNews.az