Yadigar Sadıqov həbsdə qaldı

Bu gün Sabunçu rayon Məhkəməsində Müsavat başqanının müşaviri Yadigar Sadıqovun şikayətinə əsasən məhkəmə prosesi keçirilib.

Lent.az-ın məlumatına görə, məhkəmədə Yadigar Sadıqov barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddətinin bitdiyi halda onun həbsdə saxlanılması ilə bağlı verilmiş şikayətə baxılıb.

Məhkəmə Y.Sadıqovun vəsatətini təmin etməyib.

Qeyd edək ki, Y. Sadıqov Rəşid Fərman oğlu Kərimova qarşı xuliqanlıq hərəkəti etməkdə təqsirli bilinir. Onun barəsində Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.

Bir müddət əvvəl Lənkəran Rayon Məhkəməsi Y. Sadıqov barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçib. Daha sonra isə onun haqqında bir aylıq həbs-qətimkan tədbiri seçilmişdi.