Zeynəb Xanlarova: “Gəlin Qarabağdan danışaq!”


Zeynəb Xanlarova Milli Məclisin iclasında bəzi deputatları ittiham edib.

AzNews.az-nın məlumatına görə, bu gün Milli Məclisin iclasında deputat, Azərbaycanın xalq artisti Zeynəb Xanlarova deyib ki, xarici ölkələrin heç kim oxumayan qərarlarına geniş müzakirələr sərf etməyə ehtiyac yoxdur. O, daxili məsələyə yer ayırılmasını daha məqsədəuyğun hesab edib:

"Bu söz çoxdan ürəyimdə idi, demək istəyirdim. Başqa ölkələrdə nə olursa, başlayırlar burda müzakirə etməyə. Nə haydı, balam? Mənim nəyimə lazımdır hansı ölkədə kim-kimə telefonda qulaq asıb? Gəlin Qarabağdan danışaq, orda bizim xalqımız qırılıb. İstəyirəm ki, həmişə Qarabağdan danışaq. Burda çoxlu qarabağlılar var, amma onlar danışmırlar. Qarabağdan danışanlar elə Qarabağdan olmayanlardır. İstəyirəm onlar Qarabağdan danışsınlar, onların da bir sürü yetim-yesiri var".

AzNews.az