Səfər Əbiyevin “vurduğu” kadrlar yenidən vəzifəyə gətirilir - ƏMR

Müdafiə Nazirliyində kadr dəyişikliyi davam edir. Müdafiə nazirinin imzaladığı yeni əmrə əsasən ehtiyatda olan baş leytenant Tofik Tağıyevə mayor hərbi rütbəsi verilməklə o, Mərkəzi Kliniki Hərbi Hospitalın (MKHH) rəisi vəzifəsinə təyin edilib. AzNews.az-ın məlumatına görə, bu xəbəri hərbi ekspert Üzeyir Cəfərov verib. Ü. Cəfərov bildirib ki, Nazirin digər əmri ilə sabiq müdafiə naziri Səfər Əbiyevin vaxtında nazirliyin Ərzaq Xidmətinin rəisi olmuş, bir müddət bundan əvvəl isə ehtiyata təxris edilmiş polkovnik-leytenant Malik Qurbanovun yenidən hərbi xidmətə çağırlımaqla bu vəzifəyə təyinat alıb.

Əli
AzNews.az