İlhamə Quliyeva məhkəməyə gəlmədi


Xalq artisti Nazpəri Dostəliyevanın həmkarı İlhamə Quliyevaya qarşı qaldırdığı iddia üzrə növbəti məhkəmə prosesi keçirilib.

Bu barədə AzNews.az-a məlumat verən N.Dostəliyevanın vəkili Yunis Vəliyevin sözlərinə görə, qarşı tərəfin özü və nümayəndələri Yasamal Rayon Məhkəməsinə gəlməyib.

Məhkəmə prosesi təxirə salınaraq noyabrın 19-na təyin edilib.
İ.Quliyevanın vəkili Şəfiqə Hacıyeva AzNews.az-a məhkəmə prosesində iştirak etməməsinin səbəbini açıqlayıb: "Şəki şəhər Məhkəməsində məhkəmə prosesim var idi. Məhz bu səbəbdən Yasamal rayon Məhkəməsində prosesdə iştirak edə bilmədim".

Xatırladaq ki, İ.Quliyeva ATV-nin efirində N.Dostəliyevaya xitabən "mən yemirəm, yedizdirirəm" demişdi. Bu ifadənin qarşılığında N.Dostəliyeva xalq artisti İlhamə Quliyevadan 100 min manat təzminat tələb edir.

Bahar
AzNews.az