- Köhnə - Cəmiyyət
- 31 Oktyabr 2013 11:59
- 2 077
Nobel mükafatçısı AMEA-da
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, görüşdə Elmin İnkişafı Fondunun keçirdiyi qrant müsabiqələri çərçivəsində AMEA-nın Fizika İnstitutunda reallaşdırılan iki pilot layihəsi üzrə yüksək texnologiyalar üçün yeni materiallar və cihaz strukturlarının, nanotexnologiyalar sahəsində dünyanın elmi cihazlar istehsal edən qabaqcıl şirkətlərinin ən modern cihaz, qurğu və avadanlıqlarının alınaraq burada quraşdırılması, ABŞ-da, Yaponiyada kadrların ixtisasının artırılması, institutun ən qısa zamanda müasir tələblərə cavab verən ən yeni nəsil cihazlarla əvəz olunması barədə məlumat verilib.
Professor Klaus fon-Klitsinq görülən işlərin səviyyəsini və perspektivini yüksək qiymətləndirib, fikir mübadiləsi aparıb və öz tövsiyələrini verib.
AzNews.az