“Atəşgah”dan yeni xidmət


"Atəşgah" Sığorta Şirkəti 5 AZN dəyərində olan "5-lik" məhsulunun buraxılışını elan edib. Şirkətin bu yeni məhsulu bir növ avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının (AVSMMİS) davamıdır.

Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir.

"5-lik" məhsulu YNH nəticəsində nəqliyyat vasitəsinin sürücüsü və onun yanında oturan sərnişinin həyata və sağlamlığa vurulan zərərin sığorta təminatıdır. Bundan əlavə, ehtiyac olduğu təqdirdə avtomobilin evakuasiyası xidməti də nəzərdə tutulub. "5-lik" məhsulunun qiyməti cəmi 5 AZN təşkil edir. Sığorta təminatı isə 1000 AZN təşkil edir.
Bu məhsulu əldə etmək üçün "Atəşgah" SŞ-nin Bakıda yerləşən istənilən ofislərindən birinə və yaxud (012) 940 əlaqə nömrəsinə zəng etməklə AVSMMİS şəhadətnaməsini sifariş etmək lazımdır.

Qeyd edək ki, "Atəşgah" Sığorta Şirkəti 1996-cı ilin sonunda təsis edilib. "Atəşgah" SŞ və "Atəşgah Həyat" SŞ "Atəşgah" Sığorta Qrupuna daxildir. 2012-ci ilin nəticələrinə görə, Qrupun sığorta haqları 53,5 mln. AZN, ödənişləri isə 13,2 mln. AZN təşkil edib. "Atəşgah" SQ müştərilərinə 20-dən çox sığorta növü üzrə xidmət göstərir.

AzNews.az