- Köhnə - Cəmiyyət
- 1 Noyabr 2013 16:20
- 5 001
“Maşa və Ayı” Bakıya gəlir
AzNews.az xəbər verir Gürcüstan teatrının Bakıya növbəti qastrol səfəri yeni il bayramı ərəfəsində reallaşacaq.
Balaca tamaşaçılar sevimli qəhrəmanları Maşa və Ayını, eləcə də digər sevimli nağıl qəhrəmanlarını 27, 28, 29, 30 dekabr, 2, 3, 4 yanvar tarixlərində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görə biləcəklər.
Tamaşa məxsusi olaraq, Azərbaycan tamaşaçıları üçün "Maşa və Ayı" cizgi filmi və Şərq nağıllarının motivləri əsasında hazırlanıb.
Tamaşadakı hadisələr Yeni il ərəfəsində cərəyan edir.
Bahar Rüstəmli
AzNews.az