Prezident bp şirkətinin icraçı direktorunu qəbul etdi- FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 2-də bp şirkətinin icraçı direktoru Robert Dadlinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

bp şirkətinin icraçı direktoru Robert Dadli yenidən Prezident seçilməsi münasibətilə dövlətimizin başçısını təbrik edib.

Görüşdə Azərbaycan ilə bp arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

AzNews.az