Uşaq Birliyinin rəhbəri Xoşqədəm Hidayətqızına qarşı çıxdı

“Buna son qoyun”




ATV kanalında yayımlanan "Səni axtarıram" verilişində baş verən proseslər Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kamalə Ağazadənin narazılığına səbəb olub.

AzNews.az xəbər verir ki, K.Ağazadə sözügedən verilişin aparıcışı Xoşqədəm Baxşəliyevaya mesaj ünvanlayıb.

Kəmalə Ağazadənin sözlərinə görə, X.Hidayətqızının aparıcısı olduğu proqramda uşaqlara psixoloji zorakılıq edilir: " "Səni axtarıram" verilişində dövlət qurumunun hüqüqsünaslarının gözü qarşısında uşağa qarşı psixoloji zorakılıq baş verir. Neçə vaxtdır ki, mən bu verilişdə uşaqların qarşılaşdığı mənəvi və psixoloji zorakılıqları müşahidə edirəm. Xoşqədəm Baxşəliyeva, buna son qoyun".

Bahar Rüstəmli
AzNews.az