- Köhnə - Cəmiyyət
- 8 Noyabr 2013 14:18
- 3 399
Əli Əhmədov səhiyyə sahəsini "vurdu"
![](https://www.aznews.az/storage/photos/li_Əhmədov.jpg)
Trend-in məlumatına görə, bunu jurnalistlərə Baş nazirin müavini Əli Əhmədov ölkədə həyata keçirilən sosial layihələrlə bağlı məsələyə toxunarkən bildirib.
Ə.Əhmədov deyib ki, Azərbaycanda səhiyyə infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata keçirilən layihələr kifayət qədər böyük miqyasdadır: "Azərbaycanda xəstəxanalarda vəziyyət köklü surətdə yaxşılaşıb. Bu istiqamətdə həm layihələr, həm də islahatlar bundan sonra da davam etdiriləcək. İndi qarşıda duran vəzifələr ondan ibarətdir ki, səhiyyə xidmətinin keyfiyyəti daha da yaxşılaşdırılsın, həkimlərin peşəkarlıq səviyyəsi yüksəldilsin. Bu istiqamətdə işlər ümumilikdə dünya standartları səviyyəsinə qaldırılsın ki, Azərbaycan vətəndaşlarının hər birinə keyfiyyətli səhiyyə xidməti göstərilsin və müalicə üçün Azərbaycandan kənara gedənlərin sayı azalsın".
Baş nazirin müavininin sözlərinə görə, belə hallar gələcəkdə tamamilə aradan qaldırılmalıdır.
AzNews.az