- Köhnə - Cəmiyyət
- 10 Noyabr 2013 10:30
- 5 419
Yüzlərlə zəvvar Kərbəlaya yola düşdü- Video
Deyerler.org xəbər verir ki, dünyanın hər bir yerində olduğu kimi, vətənimiz Azərbaycanda da Hüseyn (ə) əzadarları Məhərrəm-Səfər əyyamını əzadarlıq məclisləri ilə yaşadır.
Eyni zamanda dünyanın müxtəlif yerlərində Kərbəlaya böyük eşqi və məhəbbəti olan zəvvarlar o Ağanın (ə) pak və mütəhhər hərəmini ziyarət etmək üçün Kərbəlaya yollanır.
Artıq Bakıdan yüzlərlə zəvvar Kərbəlanı ziyarət etmək üçün yola düşüb.
İnşaatçılar metrosu yaxınlığında toplaşan yüzlərlə zəvvar altı böyük avtobus ilə Kərbəl yola düşüb.
Çiskinli havada Kərbala eşqi ilə alışıb-yanan həmvətənlilərimizin sevinc göz yaşları yağış sularına qarışıb. Zəvvarları yola salmaq üçün onların xeyli sayda yaxınları da gəliblər.
Kərbəla ziyarətinə yola düşməzdən öncə zəvvarlar dualar edib, Əhli-beytə (ə) salavat göndərib və mərsiyələr deyərək avtobuslara oturublar. Bizimlə söhbətində zəvvarlar daxillərində dillə izhar edə bilməyəcəyi təəsüratlar yaşadıqlarını bildiriblər.
AzNews.az