“Sovet İttifaqının dağılması ölkələr arasında bağları qırıb“

MDB ölkələrində elm aləmində gənc nəsillə yaşlı nəsil arasındakı əlaqələr möhkəmləndirilməlidir.


Belə qurultayların təşkili də MDB ölkələrində elm aləmində gənc nəsillə yaşlı nəsil arasındakı əlaqələri möhkəmləndirir. Trend-in məlumatına görə, bunu AMEA prezidenti Akif Əlizadə Bakıda bu gün keçirilən MDB ölkələri gənc şərqşünaslarının 2-ci qurultayında çıxışı zamanı deyib.

A. Əlizadə çıxışında bildirib ki, ölkələr arasında gənclər tərəfindən birgə elmi konfransların keçirilməsi itmiş əlaqələrin bərpasına gətirib çıxarır:

"Sovet İttifaqının dağılması ölkələr arasında bağları qırıb. Lakin təqdirəlayiq haldır ki, bu kimi tədbirlərlə bu bağlar
bərpa olunur.Əminəm ki, bu məqsədlə qurultay dünya şərqşünaslığına öz töhfəsini verəcək".

Qurultay Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi, Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutu, Azərbaycan Milli ELmlər Akademiyasının Şərqşünaslıq İnstitutu və Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi ilə "Şərq cəmiyyətləri: ənənə və müasirlik" mövzusunda keçirilir.

Azərbaycan Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov, SAM direktoru Fərhad Məmmədov, Rusiya ELmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktor müavini Elqena Molodyokova və digər şəxslər iştirak edirlər.
Bildirilib ki, qurultayda MDB-dən 70 gənc alimi iştirak edir.

AzNews.az