İlham Əliyevin rəsmi qarşılanma mərasimi keçirilib

Noyabrın 12-də Türkiyədə rəsmi səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevin Ankaranın Çankaya köşkündə rəsmi qarşılanma mərasimi olub. Bu barədə Trend məlumat verir.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Azərbaycan Prezidenti İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycanın və Türkiyənin dövlət himnləri səslənib.

Prezident İlham Əliyev və Türkiyə Prezidenti Abdullah Gül fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

AzNews.az