Nazir Ucarda vətəndaşları qəbul edəcək

Nazir Ucarda vətəndaşları qəbul edəcək.


AzNews.az-ın Rabitə və İnformasiya Texnologiyaları nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Əli Abbasov noyabr ayının 15-də Ucar rayonunda Ucar, Göyçay, Ağdaş sakinlərini qəbul edəcək.

Saat 10:00-dan başlanacaq qəbulda nazir əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti kimi məsələlərlə bağlı vətəndaşları dinləyəcək.

AzNews.az