Daxili Qoşunların yeni komandanı təqdim olunacaq- Bu gün

Daxili Qoşunların yeni komandanı bu gün şəxsi heyətə təqdim olunacaq.

Bu barədə APA-ya Daxili Qoşunların mətbuat xidmətinin rəhbəri Təranə Məmmədova məlumat verib.

Onun sözlərinə görə, Daxili Qoşunlara yeni təyin edilmiş komandan, general-mayor Şahin Məmmədov bundan əvvəl Daxili Qoşunların qərargah rəisinin I müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan prezidentinin sərəncamı ilə Daxili Qoşunların sabiq komandanı Zakir Həsənov Azərbaycanın müdafiə naziri təyin edilib.

AzNews.az