- Rusiya və İran
- 13:40
- 1 119
İran bu ölkələri BMT-yə şikayət etdi
ABŞ və İsrailin hücumları ilə başlayan müharibə, İranın da İsrailə və ABŞ-ın bölgədəki hərbi bazalarına cavab zərbələri ilə davam etdi.
ABŞ–İran arasında əldə olunan atəşkəsdən sonra qarşılıqlı hücumlar dayandırılsa da, bölgədə gərginlik qalmaqdadır.
Bu çərçivədə İran tərəfindən diqqətçəkən addım atılıb.
İRAN-DAN BMT-YƏ MƏKTUB
İran dövlət televiziyasının məlumatına görə, İranın BMT-də daimi nümayəndəsi Səid İravani, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Qətər və Küveyti etiraz etmək məqsədilə BMT-nin baş katibi Antonio Quterreşə və Təhlükəsizlik Şurasına ayrı-ayrılıqda məktublar göndərib.
“İRAN HÖKUMƏTLƏRİ TORPAQLARININ İSTİSMARININ QARŞISINI ALMAĞA ÇAĞIRIR”
İravani məktubunda beynəlxalq hüquqa əsasən dövlətlərin öz ərazilərinin üçüncü ölkəyə qarşı hücum və ya silahlı fəaliyyətlər üçün istifadə olunmasına görə məsuliyyət daşıdığını xatırladıb və bildirib:
“İran Qətər, Küveyt, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı hökumətlərini yaxşı qonşuluq prinsiplərinə riayət etməyə və ərazilərinin İrana qarşı istifadə olunmasının qarşısını almağa qəti şəkildə çağırır.”
Məktubda qeyd olunub ki, İran qonşu ölkələrin suverenliyinə hörmət prinsipini qorusa da, öz suverenliyini, ərazi bütövlüyünü və siyasi müstəqilliyini müdafiə etmək üçün zəruri hesab etdiyi bütün addımları, o cümlədən özünümüdafiə hüququnu saxlayır.
Mövsüm,
AzNews.az