Yunanıstan iddialı açıqlama verdi: 2027-də Aİ-yə yeni üzv qoşula bilər

Avropa İttifaqına (Aİ) 2027-ci ildə Yunanıstanın sədrliyi dövründə ən azı bir ölkənin qoşula biləcəyi bildirilib. Bu fikri 23 aprel tarixində Yunanıstanın xarici işlər naziri Yorqos Gerapetritis səsləndirib.

Onun sözlərinə görə, Delfi İqtisadi Forumunda çıxışı zamanı 2027-ci ilin ikinci yarısında, Yunanıstanın Aİ-yə sədrliyi dövründə ən azı bir ölkənin birliyə üzv ola biləcəyi proqnozlaşdırılıb.

Bununla belə, Aİ-yə qoşula biləcək konkret ölkənin adı açıqlanmayıb. Yunanıstanın ittifaqa sədrliyi 2027-ci ilin ikinci yarısında baş tutacaq.

Mövsüm,

AzNews.az